Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı | Banco.az

Azərbaycanda pambığın alış qiyməti növbəti dəfə artırıldı

Azərbaycanda şirkətlər tərəfindən fermerlərdən pambığın alış qiyməti hər tona görə 50 manat artırılıb.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O qeyd edib ki, fermerlərdən pambıq alan şirkətlər alış qiymətini 50 manat artırmaq qərarına gəliblər.

"Pambığın alış qiyməti 700 manat idi. Şirkətlər 2022-ci il mövsümü üçün qərara gəlib ki, qiyməti 50 manat artırsınlar. Hazırda şirkətlərin qərarı pambıq alışının 750 manat olması ilə bağlıdır, amma biz qərara gəlmişik ki, avqust ayında qiymətlərə bir də baxaq.

Ümid edirik ki, avqust ayında şirkətlər fermerləri bir daha sevindirəcək, ancaq bu məsələ birjalarda olan vəziyyətdən asılı olacaq”, - deyə nazir bildirib.

O qeyd edib ki, bu il hər ton pambığa görə 170 manat məhsul subsidiyası da ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et