Azərbaycanda 2024-cü il ərzində qeyri-işlək portfelin həcmi mütləq ifadədə 6.7% (41 mln. manat) artaraq 655 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatında qeyd edilib.
"Yüksək kreditləşmə dinamikasında qeyri-işlək portfelin cəmi portfeldə payı 0.2 faiz bəndi azalaraq 2.4% olub. 2024-cü il ərzində bank sektoru üzrə 216 mln. manat məbləğində silinmə baş verib. Silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr ərzində silinmələrin 64%-i (137 mln. manat) istehlak portfeli üzrə olub", - hesabatda qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!