Azərbaycanda növbəti hərrac keçirilib | Banco.az

Azərbaycanda növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən verilən xəbərə görə, bu hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Budəfəki hərracda özəlləşdirilən 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Sözügedən əmlak 180 min manata özəlləşdirilib. Özəlləşdirilən “Vüqar” şadlıq evi isə hərracda yüksək qiymətə - 74,8 min manata satılan növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Komitə tərəfindən növbəti hərrac dekabrın 13-də keçiriləcək. Hərraca çıxarılan 101 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 19-u istifadəsiz qeyri-yaşayış sahəsi və 16-sı nəqliyyat vasitəsidir.

Mənbə: Report.az