Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar üçün təlim keçirilib | Banco.az

Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanlar üçün təlim keçirilib

 Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə iştirak edən monitorinq subyektlərinin maarifləndirilməsi tədbirlərini davam etdirir.

Banco.az "Report"a istinadən xəbər verir ki, bu məqsdlə 2015-ci il üzrə Tədris Planına uyğun olaraq "Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə göndərilməsi qaydaları və PL/TMM üzrə tipologiyalarmövzusunda treninq təşkil edilib. Təlimdə eyniləşdirmə və verifikasiya tədbirləri, məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi və PL/TM tipologiyaları üzrə məlumatlar verilib və müzakirələr aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən təlimdə Azərbaycanda fəaliyyət göstərən lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin məsul şəxsləri iştirak edib.

Ən sərfəli krediti almaq üçün müraciət et