Ləğv olunan 4 bankın əmanətçilərinə 540 mln. manata yaxın kompensasiya ödənilib | Banco.az

Ləğv olunan 4 bankın əmanətçilərinə 540 mln. manata yaxın kompensasiya ödənilib

Bu ilin iyunun 16-dan oktyabrın 5-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 193,9 mln. manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalaması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 178 əmanətçiyə 79,87 mln. manat, "NBCBank" üzrə isə 3 959 əmanətçiyə 114,04 mln. manat kompensasiya verilib.

İyunun 1-dən oktyabrın 5-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 345,91 mln. manatdan çox kompensasiya ödənilib.

Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 581 əmanətçiyə ödənilən məbləğ 132,60 mln. manat, "Atabank" üzrə isə 9 208 əmanətçiyə 213,30 mln. manat kompensasiya verilib.

Ümumilikdə, oktyabrın 5-nə ləğv prosesində olan 4 bank üzrə 22 926 əmanətçiyə 539,83 mln. manatdan çox kompensasiya ödənilib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et