Azərbaycanda kreditlərin 96,9 faizi banklar tərəfindən verilib | Banco.az

Azərbaycanda kreditlərin 96,9 faizi banklar tərəfindən verilib

Azərbaycanda kreditlərin 96,9 faizi banklar tərəfindən verilib. 

Banco.az xəbər verir ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2023-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz artaraq, milli valyuta ekvivalentində 23618,0 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 19597,7 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. 
Kreditlərin 96,9 faizi banklar, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 31,3 faiz azalaraq 440,3 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram