Azərbaycanda kredit kartlarının sayı 424 min ədəd artıb | Banco.az

Azərbaycanda kredit kartlarının sayı 424 min ədəd artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin may ayının sonuna ölkədə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 277 min ədəd artaraq 14 milyon 741 min ədəd təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.6% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 17.3%, kredit kartları üzrə 27.3% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 424 min, digər kartlar isə 1.7 mln. ədəd artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram