Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb | Banco.az

Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 mlrd. manatı ötüb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.5% və ya 2 milyard 117 milyon manat artıb.

    Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 841 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 757 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 211 milyon manatı bankomatlar vasitəsi ilə, 276 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

    Ən sərfəli kredit üçün müraciət et

    Xatırladaq ki, 2024-cü il noyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 227 min təşkil edib.

    apa