Azərbaycanda kommersiya qurumlarının sayı 10% artıb | Banco.az

Azərbaycanda kommersiya qurumlarının sayı 10% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin avqustun 1-nə Azərbaycanda dövlət qeydiyyatından keçmiş 169 751 kommersiya qurumu olub.

Banco.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10 faiz çoxdur.

Kommersiya hüquqi şəxslərinin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalardadır.

Hesabat tarixinə kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 934 vahid təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 15 faiz çoxdur.

Bu ilin yanvar-iyul aylarında ölkədə 9 133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi  isə xarici investisiyalı olub. Kommersiya qurumlarının 82,1 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 7 ay ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 262 yerli investisiyalı MMC qeydiyyata alınıb.

Bu ilin iyul ayında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı illik müqayisədə 34,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram