Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb | Banco.az

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Bu ilin yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5303,9 min nəfər olub, onlardan 4988,2 min nəfərini məşğul əhali təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 2,3% artıb.

2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,4 min nəfər çalışıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et