Azərbaycanda ipoteka kreditləri üzrə faizlər azalıb | Banco.az

Azərbaycanda ipoteka kreditləri üzrə faizlər azalıb

 "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə bu ilin ilk yarısında 1,1 mln. manat ipoteka krediti verilib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,4 dəfə azdır.

Xatırladaq ki, 2015-ci ilin birinci yarısında kommersiya bankları dövlət xətti ilə 56,5 mln. manat ipoteka krediti verib.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin 6 ayında dövlət büdcəsindən Fonda 23,1 mln. manat ayrılıb. AİF-in yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 28,5 mln. manat təşkil edib.

Son bir ildə ipoteka kreditləri üzrə orta məbləğ 0,74% və yaxud 298,6 manat artaraq 40 882,6 manat, orta müddət 1 ay artaraq 280 ay, illik faiz dərəcəsi 0,03% bəndi azalaraq 6,7%, aylıq ödəniş isə 0,37% və yaxud 1,1 manat azalaraq 296,3 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et