Azərbaycanda "İnvestisiya səyahəti” layihəsinə start verilib | Banco.az

Azərbaycanda "İnvestisiya səyahəti” layihəsinə start verilib

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verib.

Bu barədə AMB-yə istinadən xəbər verilir.

Məlumata görə, ilk investisiya səyahəti Xaçmaz rayonuna baş tutub. Rayonda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib.

Tədbirdə kapital bazarının mütəxəssisləri tərəfindən sahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlükləri çatdırılıb, eyni zamanda investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Regionlarda bu cür tədbirlər davam etdiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et