Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 8% artıb | Banco.az

Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 8% artıb

Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr əhaliyə 823,5 milyon manat dəyərində xidmət göstərib.

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,7% çoxdur.

    Yanvar-mart aylarında göstərilmiş xidmətlərin 73%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 34,8%-i və ya 286,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.