Azərbaycanda illik inflyasiya 3,7%-ə çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda illik inflyasiya 3,7%-ə çatıb

Azərbaycanda bu ilin iyul ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri aylıq müqayisədə 0,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2% ucuzlaşıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə dəyişməyib.

Ötən ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyul aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 3,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8%, qeyri-ərzaq mallarının qiymətləri 2,9%, xidmət tarifləri isə 1,2% artıb.