Azərbaycanda ilk dəfə kompleks tikinti materialları istehsal olunacaq | Banco.az

Azərbaycanda ilk dəfə kompleks tikinti materialları istehsal olunacaq

İqtisadiyyat Nazirliyinin Hacıqabul Sənaye Məhəlləsində "ELBERG" MMC tikinti materiallarının istehsalı avadanlıqlarının istehsalı zavodu fəaliyyətə başlayacaq.

Müəssisənin nümayəndəsi Mayıs Qasımov bildirib ki, zavoda 12milyon manat məbləğində sərmayə yatıralacaq: "Avadanlıqların quraşdırılması prosesi davam edir, proses yekunlaşdıqdan sonra müəssisə istehsal fəaliyyətinə başlayacaq".

M.Qasımov əlavə edib ki, zavodun avadanlıqları Almaniya, Finlandiya və Türkiyədən gətirilib. Bu tip kompleks tikinti materiallarını istehsal edən zavod ilk dəfədir ki, ölkədə fəaliyyət göstərəcək. Zavodun bəzi avadanlıqları isə Yaponiyadan gətiriləcək".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, zavod hər hansı bir tikinti materialları istehsalı zavodunu kompleks şəkildə tikmək potensialına malikdir: "Əsas hədəf Azərbaycan bazarı nəzərdə tutulur, bununla yanaşı qonşu ölkələrin bazarlarına da daxil olmaq istəyirik. Rusiya, Özbəkistanda quru qarışıqlar avadanlıqları zavodunu qurulması ilə bağlı hazırda danışıqlar aparılır".

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et