Azərbaycanda iki sığorta şirkəti birləşir | Banco.az

Azərbaycanda iki sığorta şirkəti birləşir

Buta Sığortanın Günay Sığortaya birləşməsi nəzərdə tutulur

"Buta Sığorta" ASC-nin "Günay Sığorta" ASC-yə birləşməsi haqqında artıq ilkin razılıq əldə olunub. "Report"a bu barədə "Buta Sığorta" ASC-nin İdarə Heyətindən məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu gün rəsmi qəzetdə "Buta Sığorta" ASC-nin dərc olunan elanına əsasən, iyunun 24-də keçiriləcək səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə şirkətin ləğvi məsələsi daxildir.