Azərbaycanda ən çox işçi götürən otellər - AÇIQLANIB - RAYONLAR ÜZRƏ | Banco.az

Azərbaycanda ən çox işçi götürən otellər - AÇIQLANIB - RAYONLAR ÜZRƏ

Azərbaycanda ən çox hansı bölgənin otellərində işçi olduğu məlum olub. 

Ölkədə ən çox işçisi olan otellər Bakıdadır. Belə ki, paytaxtın mehmanxana və mehmanxana tipli obyektlərində 5 555 nəfər çalışır. Bu göstərici ölkə üzrə bu sahədə çalışanların 46,19%-dir.

Ümumilikdə isə bu ilin yanvar-sentyabr tarixlərində ölkə üzrə mehmanxana və mehmanxana tipli obyektlərdə işləyənlərin sayı  12 025 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1529 nəfər və ya 14,56% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bakıdan sonra ən çox işçisi olan otellər Quba-Xaçmaz iqtisadi rayonunda yerləşir. Burada otellərdə çalışanların sayı 1 923 nəfərdir.

İşçilərinin sayına görə, sıralamada üçüncü Şəki-Zaqatala iqtisadi rayonunun otelləridir. Buradakı otellərdə işləyənlərin sayı 1 798 nəfərdir.

Ölkə üzrə ən az işçisi olan mehmanxanalar Aran qitisadi rayonu üzrədir. Bu bölgədəki otellərin işçilərinin cəmi sayı 300-nəfərdir.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et