Azərbaycanda ən aşağı kredit faizi bu rayondadır - CƏDVƏL | Banco.az

Azərbaycanda ən aşağı kredit faizi bu rayondadır - CƏDVƏL

Azərbaycanda 2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşunun 85,3%-i Bakı şəhərinin payına düşüb və kreditlər üzrə orta faiz dərəcəsi illik 9,1% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq icmalına istinadən xəbər verilir.

Hesabata əsasən, regionların kreditləşməsi ölkə üzrə cəmi kreditlərin 14,7%-ni əhatə edib və faiz dərəcəsi 9-22,2% arasında dəyişir. Ölkə üzrə isə kreditlərin orta faiz dərəcəsi aprelin 1-nə 10,6% olub.

Beləliklə, regionların kreditləşməsi illik müqayisədə azalıb. Belə ki, ötən ilin müvafiq dövründə kreditlərin 84,2%-i Bakı şəhəri, 15,8%-i regionların payına düşüb.

Regionların adı Orta faiz dərəcəsi  
Aran iqtisadi rayonu 22,2  
Dağlıq Şirvan iqtisadi rayonu 21,8  
Şəki-Zaqatala iqtisadi rayonu 21,6  
Lənkəran iqtisadi rayonu 21,5  
Quba-Xaçmaz iqtisadi rayonu 19,2  
Gəncə-Qazax iqtisadi rayonu 19,1  
Yuxarı Qarabağ iqtisadi rayonu 17,4  
Abşeron iqtisadi rayonu 15,9  
Kəlbəcər-Laçın iqtisadi rayonu 12,2  
Naxçıvan iqtisadi rayonu 9,0  
Bakı şəhəri 9,1
Azərbaycan 10,6

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az 

Ən sərfəli krediti almaq üçün müraciət et