Bu gün Azərbaycanda əməkhaqqı fondu üç dəfəyədək artıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Nazir müavini bundan böyük sosial rifah göstəricisi təsəvvür etmədiyini bildirib:
“Minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqında 82 faiz artım əldə olunub”.
A.Əliyev vurğulayıb ki, sosial ödənişlərlə bağlı islahatlar ardıcıl xarakter daşıyır:
“Prezidentin tapşırığı ilə hazırlanan növbəti sosial paketdə də bu istiqamətdə islahatlar nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində bunun da maliyyə təminatı müəyyən edilib”.
report