Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-avqust aylarında ölkədə 19 395,6 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% çoxdur.
Banco.az xəbər verir ki, bu ilin 1 sentyabr tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 51,4 ton olub.
Hesabat dövründə ölkədə 26 164,6 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artıb. 1 sentyabr tarixində ölkədə duru bitki yağı ehtiyatı isə 2 803,9 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!