Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 45 mini keçib | Banco.az

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 45 mini keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 45 055 borcalana 2 milyard 659,145 milyon manat kredit verib.

Bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 361,950 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 535 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et