Azərbaycanda dövlət sahibkarlara icarə haqqında - GÜZƏŞT EDƏCƏK | Banco.az

Azərbaycanda dövlət sahibkarlara icarə haqqında - GÜZƏŞT EDƏCƏK

Azərbaycanda dövlətə məxsus əmlakların icarəsində biznesə güzəşt ediləcək.

Bu Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən koronavius və onun bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatı və biznesinə mənfi təsirini aradan qaldırmaq üçün iqtisadiyyata və biznesə dəstək üçün Tədbirlər Planınında nəzərdə tutulub.

Plana əsasən, dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən (o cümlədən kiçik və orta sahibkarlardan) icarə haqqı 2020-ci ilin sonunadək tutulmayacaq. Bundan başqa, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlar (o cümlədən kiçik və orta sahibkarlar) tərəfindən ödənilən icarə haqları da 2020-ci ilin sonunadək tutulmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Nəhayət, dövlət sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlara da

Güzəşt etmək niyyətindədir. Plana görə, sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqlarının 2020-ci ilin sonunadək hesablanmaması nəzərdə tutulur.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et