Azərbaycanda dolların 2020-ci ilə qədər olan məzənnəsi açıqlandı | Banco.az

Azərbaycanda dolların 2020-ci ilə qədər olan məzənnəsi açıqlandı

Azərbaycanda dolların məzənnəsinin yaxın 2 ildə sabit qalacağı gözlənilir. 

Bu proqnozla “Standard & Poor's” Beynəlxalq Reytinq Agentliyi çıxış edib. 

Agentliyin Azərbaycan iqtisadiyyatının yaxın 4 ildə perspektivləri ilə bağlı hesabatında bildirilib ki, dolların məzənnəsi 2019-cu ildə 1,79, 2020-ci ildə isə 1,87 manat təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Standard & Poor's” həmçinin bildirib ki, ölkədə depozitlərin dollarlaşma dərəcəsi 60%-dən yuxarı qalmaqda davam edir. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətə təsir cəhdlərini məhdudlaşdırır. Həmçinin, yerli valyutada kapital bazarının kiçik həcmdə olması AMB-nin əməliyyatlarının effektivliyini aşağı salır: “AMB-nin monetar siyasətinin aşağı effektivliyə sahib olması bizim Azərbaycanla bağlı reytinqimizi məhdudlaşdırır”.

Mənbə: Report.az