Azərbaycanda bu BOKT-ların nizamnamə kapitalı 5 milyon manatdan çoxdur | Banco.az

Azərbaycanda bu BOKT-ların nizamnamə kapitalı 5 milyon manatdan çoxdur

2020-ci ildə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 42 BOKT-dan 4-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan çoxdur.

Bunlar “Aqrarkredit” (22,669 milyon manat), “M Bulak” (10,408 milyon manat), “Embafinans” (10 milyon manat) və “TBC Kredit”dir (8,453 milyon manat).

13 BOKT-un nizamnamə kapitalı 1-5 milyon manat arasında, 25 BOKT-un nizamnamə kapitalı 1 milyon manatdan azdır.

8 BOKT - “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit”  2020-ci ilin, 1 BOKT – “Fintrend” isə 2019-cu ilin hesabatını verməyib, 4 BOKT - “Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project” mikromaliyyə bazarına 2021-ci ildə, 4 BOKT - “Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit” isə 2020-ci ildə daxil olub.

***

2019-2020-ci illərdə bazarda olmuş və hesabat vermiş 39 BOKT-dan 7-si ötən il nizamnamə kapitalını artırıb. Bunlar “İnkişaf üçün Maliyyə”, “Birkart”, “International”, “Brand Credit”, “Falcon Finance”, “Regional” və “City Finance”dir. Ən yüksək dinamika “İnkişaf üçün maliyyə”də (42,9 dəfə), ən aşağı dinamika isə “City Finance”də (33,3%) qeydə alınıb.

2 BOKT-un – “Kredit Servis” və “Azərbaycan Mikro-Kredit”in isə nizamnamə kapitalı azalıb. Müvafiq olaraq 5,8% və 22,6%.

Qalan 30 BOKT-un isə nizamnamə kapitalı dəyişməyib.

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram