Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, digərindən yüksək faizlə geri alınır. (VİDEO) | Banco.az

Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, digərindən yüksək faizlə geri alınır. (VİDEO)

Əhalinin qaytara bilmədiyi kreditlərlə bağlı rəsmi statistika açıqlanıb. Rəqəmlər göstərir ki, kredit borcunu qaytara bilməyən insanların sayı durmadan artır. Problemin kökündə isə bir səbəb var: Faizlərin yüksək olması. Kredit faizləri real vəziyyəti nə dərəcədə əks etdirir? Sadə hesablamalar insanların necə aldadıldığını ortaya qoyur.

Dövlət Statistika Komitəsi ölkədə problemli, yəni qaytarılma vaxtı ötmüş, amma ödənməyən kreditlərin həcmini açıqlayıb. Rəsmi məlumata görə, hazırda banklar tərəfindən verilmiş 14,8 milyard manat kreditin 5,4%-i, başqa sözlə, 799 milyon manatı ödənmə vaxtı keçsə də qaytarılmayıb. Bu da ötən illə müqayisədə təxminən 6% çoxdur. 

Belə vəziyyətin yaranmasına səbəb kimi isə kreditlərin faizinin yüksək olması göstərilir. Deməli, faizlərin yüksək olması elə bankların özünə də ziyan vurur. Amma buna baxmayaraq, onlar faizi aşağı salmır. Əvəzində həmin itkiləri elə yüksək faiz hesabına qapatmaq istəyir. Sadə dildə desək, bir müştərinin ödəmədiyi kredit məbləği, digərlərindən yüksək faiz şəklində geri alınır. 

Amma mütəxəssislər bunu doğru saymır. Dünyanın aparıcı bankları böyük məbləğ itirməmək üçün aşağı faiz təyin edib, kreditin qayıtmama riskini də azaldır. Adətən bank özünün aldığı kreditin üzərinə 1-2 faiz əlavə edərək istehlakçıya verir. Bizdə isə sadə hesablama ilə yerli bankların faizləri nə qədər şişirtdiyini görmək olar.

İlk olaraq Mərkəzi Bankın verdiyi vəsaitdən başlayaq. Bu təşkilat bu ilin ilk yarısında banklara 4,75%-lə 1,15 milyard manat kredit verib. Onlar isə bunu orta hesabla 25%-lə istehlakçılara verib. Burda banklar 20,25% fərqindən 232 miylon manat gəlir əldə edib. Bu məbləği banklar arasında bölsək deməli hər bir bank təkcə Mərkəzi Bankın verdiyi kreditlər hesabına 5,3 milyon manat əldə edib. 

Mərkəzi Bankın Mərkəzi Bankın Bankların Bankların gəliri Bankların gəliri
kreditləri faizi faizi faizlə manatla
1,15 mlrd AZN 4,75% 25% 20,25% 232 mln

Hər bankın mərkəzləşdirilmiş kreditdən gəliri
232 mln: 43= 5,3 mln AZN 

Banklar əsas gətirirlər ki, mərkəzləşdirilmiş kreditlər çox azdır, ona görə kredit portfelində əsas yeri faiz dərəcəsi daha yüksək olan depozitlər tutur. Amma konkret rəqəmlərə nəzər salanda aydın olur ki, burda bankların faiz fərqindən gəliri heç də az deyil. Ötən il banklar orta hesabla 10%-lə 7,7 milyard manat depozit qəbul ediblər. Bu vəsaiti təxminən 25%-lə istehlakçılara veriblər. Yaranan 15%-lik fərq 1,1 milyard manat deməkdir. Bu isə hər bir bankın 25,5 milyon manat gəliri deməkdir.

Bütün bu gəlirdən hətta xərcləri, vergiləri çıxsaq belə qalan mənfəət də kifayət qədər böyük rəqəm edir. 

Depozitlər Depozit faizi bankın kredit bankın gəliri bankın gəliri 
faizi faizlə manatla
7,7 mlrd AZN 10% 25% 15% 1,1 mlrd Azn

1 bankın depozitdən gəliri
1,1 mlrd :43= 25,5 mln AZN 

Bankların müəyyən faizlə qəbul etdikləri vəsaitdən bu qədər gəlir əldə olunursa, deməli onların özlərinin kapitalları hesabına qazancları dəfələrlə artıqdır. 

Yüksək faizlərə başqa amillər də təsir edir.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, bankların artıq qazanc istəyi danılmaz fakt olsa da, yüksək faizlərə təsir edən başqa amillər də var: “Hökumət bankların fəaliyyəti üçün normal mühit yaratmalıdır. Biz son vaxtlar elə bankların bağlandığını görürük. Heç yeni bankların açıldığını görmürük. Korrupsiya ilə mübarizə daha da effektiv olmalıdır ki, qeyri-qanuni ödənişlər də faizə əlavə olunmasın. 

Mərkəzi Bank kredit faizlərini aşağı salmaq üçün banklara tövsiyyələr verildiyini, proseslərə inzibati müdaxilənin mümkün olmadığını deyir.

Məsələnin maraqlı tərəfi isə budur ki, banklar bu sektorun risqli olduğundan gileylənsələr də təhlükəni elə özləri yaradır. İnsanlara kredit vermək üçün hər yola əl atan bu təşkilatlar hətta heç bir yerdə işləməyən, evdar qadına da, zaminsiz, girovsuz kredit təklif edir. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et