Azərbaycanda Bank Məcəlləsi hazırlanacaq | Banco.az

Azərbaycanda Bank Məcəlləsi hazırlanacaq

Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Bank Məcəlləsinin layihəsini 6 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Nazirlər Kabineti həmçinin sahibkarlıq sahəsində yoxlamaları aparan icra hakimiyyəti orqanlarının və yoxlamaların sayının səmərələşdirilməsinə dair təkliflərini 6 ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.