Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 34 mln. manat kompensasiya alıb | Banco.az

Azərbaycanda bağlanmış 4 bankın əmanətçiləri 34 mln. manat kompensasiya alıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Banco.az ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 13,8 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 15,2 mln. manat, “Kredobank”ın əmanətçilərinə 3,6 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,7 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 34,3 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 31%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et