Azərbaycanda aktivlərin idarə edilməsi üzrə treninqlər keçiriləcək | Banco.az

Azərbaycanda aktivlərin idarə edilməsi üzrə treninqlər keçiriləcək

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi tərəfindən verilən məlumatda qeyd olunur ki, 7-10 iyul tarixlərində Bakıda Azərbaycan Dövlət Standartlaşdırma və Sertifikasiya İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə aktivlərin idarə edilməsi sisteminin tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə təlim keçiriləcək.

İSO 55001 "Aktivlərin idarə edilməsi sistemi" yeni standart hesab olunur və cari ilin yanvar ayında təqdim edilib.

Təlimlər aktivlərin idarə edilməsinin əsaslarını, İSO 55001 tələblərini,  İSO 55001 standartı üzrə auditin əsas aspektlərini əhatə edəcək. Təlimlər geniş infrastruktura sahib olan iri miqyaslı dövlət və qeyri-dövlət müəssisələrinin rəhbərləri və əməkdaşları üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

"İSO 55001 standartı biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərir. Bu yanaşma şirkətin potensialından maksimal səviyyədə istifadəni təmin etmək istiqamətində aktivlərin idarə edilməsinin mükəmməl strategiyasını işləyib hazırlamağa imkan yaradır", məlumatda qeyd olunur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et