Azərbaycanda 37 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır | Banco.az

Azərbaycanda 37 dövlət əmlakı özəlləşdirilməyə çıxarılır

17 noyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək.

Nazirlikdən verilən məlumata görə, hərraca 37 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et