Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayları ərzində 393.3 milyon manat kredit verilib.
Bu, ötən ilin eyni dövrü ilə (396.1 milyon manat) müqayisədə 2.8 milyon manat və ya 0.7% azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 399.4 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
