Azərbaycana xarici investisiya qoyuluşu 6 % azalıb | Banco.az

Azərbaycana xarici investisiya qoyuluşu 6 % azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib.

B barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 % azdır.

Bu ilin ilk 6 ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 037,3 milyon manatı (88,2 %-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram