2018-ci ildə Azərbaycana kommersiya məqsədləri üçün 884 min ədəd mobil rabitə cihazı gətirilib. Bu, ötən ilin müvafiq göstəricisindən 7,9% çoxdur.
Eyni zamanda, ötən il hökumət onların qeydiyyatı üzrə yüksək məbləğ təyin edib və o, 300 manata çatır.
Tədarükçülər smartfon və digər mobil telefonları Çin (578,5 min), Vyetnam (227,8 min) və Hindistanda (73,7 min) alıblar.
2018-ci ildə bir mobil rabitə cihazının bəyan edilən orta qiyməti (107,4 dollar) 27,4% (22,8 dollar) artıb. Göründüyü kimi, Dövlət Gömrük Komitəsi mobil telefonları idxalçıların təqdim etdiyi gömrük bəyannamələrinə görə yox, öz meyarlarına uyğun olaraq qeydiyyatdan keçməyə başlayıb.
contact.az