Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarına yeni tələblər qoyulub | Banco.az

Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarına yeni tələblər qoyulub

Azərbaycana idxal edilən toxumluq və ərzaqlıq kartof məhsuluna yeni tələblər müəyyən edilib.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni tələblər Azərbaycana məhsul ixrac edən ölkələrə təqdim olunub: "Payız mövsümündən etibarən kənd təsərrüfatı məhsullarının ixrac olunduğu əsas idxal tələbləri nəzərə alınaraq, ümumilikdə pomidor 25, kartof 25, soğan 20, şaftalı və nektarin 19, alma, armud, ərik, albalı, gavalı 18, nar və zoğal 12, xurma 10 zərərli orqanizmə görə müəyyən ediləcək ki, bu da fitosanitar sertifikatlaşma müddətinin artmasına səbəb ola bilər".

Q. Təhməzli deyib ki, yalnız pomidor məhsulunda 25 göstərici ekspertiza olunur və bu, minimum 3 günə həyata keçirilir: “Ona görə sahibkarlar öncədən müraciət etməli, təsərrüfatları ilə bağlı məlumatları vaxtında AQTA-ya verməlidirlər ki, məhsul ixracında gecikmələr olmasın”.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et