Azərbaycana gələn əcnəbilər nağdsız ödənişləri 2 dəfə artırıb | Banco.az

Azərbaycana gələn əcnəbilər nağdsız ödənişləri 2 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 450 635 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Mərkəzi Bankına istinadən açıqlamasında bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda deyilir ki, əlavə olaraq xarici turistlər səfərdən əvvəl və ölkə daxilində nağd ödənişlər də ediblər.

“Həmçinin qeyd edirik ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard ABŞ dolları olub”, - deyə nazirlik bəyan edib. 

Ən sərfəli krediti almaq üçün müraciət et