Azərbaycan “yaşıl enerji”nin ixracına dair 3 ölkə ilə birgə müəssisə yaradacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan “yaşıl enerji”nin ixracına dair 3 ölkə ilə birgə müəssisə yaradacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın energetika nazirləri Avropaya “yaşıl enerji”nin nəqli ilə bağlı Memorandum imzalayıblar.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter”də bildirib.

“Buxarestdə Gürcüstan, Rumıniya və Macarıstandan olan həmkarlarla Xəzər dənizindən Avropaya “yaşıl enerji”nin nəqlini nəzərdə tutan layihənin həyata keçirilməsi üçün 4 ölkə arasında birgə müəssisənin yaradılması haqqında Memorandum imzaladıq”, - nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram