Azərbaycan xaricdən buğda alışını 27% azaldıb | Banco.az

Azərbaycan xaricdən buğda alışını 27% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-may aylarında 72 milyon 676 min ABŞ dolları dəyərində 328 min 542 ton buğda idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 46,1%, həcmi isə 27% azalıb. 

Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 221,2 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (299,7 dollar) ilə müqayisədə 26,2% və ya 78,5 dollar azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yanvar-may aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1%-nə bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram