Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları bu ilin avqust ayında Türkiyədə 90 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə avqustda xaricilərə mənzil satışları 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26,2% azalaraq 2 min 257 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 381 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (171 mənzil), üçüncü isə Ukrayna (161 mənzil) vətəndaşları alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!