Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər | Banco.az

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər

Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”ndə qeyd olunur.

“3 ay ərzində Azərbaycan reytinqdə 74-cü pillədən 73-cü pilləyə yüksəlib. Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin sayı 67-yə çatıb”, - deyə yenilənmiş "Pasportlar indeksi”ndə bildirilir. 

İndeksdə 2019-cu ilin II rübü ərzində dünya ölkələrinin vizasız rejimindəki dəyişikliklər əks olunur.

Ən sərfəli kredit üçün müraciət et

İndeksdə birinci yeri Yaponiya, Sinqapur və Cənubi Koreya bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilərlər.

2-ci yerdə Almaniya (188 ölkə), 3-cü yerdə isə 5 dövlət – Danimarka, Finlandiya, Fransa, İtaliya və İsveç qərarlaşıb. Böyük Britaniya 5-ci (185), ABŞ isə 6-cı yerdədir (184).

“İndeksdə sonuncu yerləri İraq və Əfqanıstan tutur. Bu dövlətlərin vətəndaşları 30 ölkəyə vizasız səfər edə bilərlər”, - deyə sənəddə vurğulanır.

© İnterfaks-Azərbaycan 

Ən sərfəli krediti almaq üçün müraciət et