Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər | Banco.az

Azərbaycan və Qazaxıstan nazirləri OPEC+ razılaşmasını müzakirə ediblər

Dünən Azərbaycan və Qazaxıstanın energetika nazirləri Pərviz Şahbazov ilə Nurlan Noğayev arasında iki ölkənin hökumətlərarası komissiyasının növbəti iclasına hazırlıq məsələləri videokonfrans formatında müzakirə olunub.

Qazaxıstan KİV-inə istinadən xəbər verilir ki, tərəflər koronavirus pandemiyası ilə bağlı növbəti iclası oktyabr ayında viedokonfrans formatında keçirmək barədə razılığa gəliblər.

Bununla yanaşı, iki ölkənin OPEC+ formatında hasilatın ixtisarına dair əldə olunmuş razılaşmanın icrası ilə bağlı məsələlər də müzakirə edilib.

“OPEC+ formatının iştirakçıları tərəfindən atılan addımlar nəticəsində hazırda neft qiymətlərində müsbət dinamika var” – Qazaxıstan Enerji Nazirliyindən bildirilib.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et