Azərbaycan və Özbəkistan investisiya qoyuluşlarının artırılmasını müzakirə edib | Banco.az

Azərbaycan və Özbəkistan investisiya qoyuluşlarının artırılmasını müzakirə edib

Azərbaycan və Özbəkistan qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını müzakirə edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et