08 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100165S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 544 503 500,00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000 000,00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 06.12.2017