"Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edilib | Banco.az

"Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edilib

Azərbaycan Mərkıəzi Bankı (AMB) “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edib. “Report” xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin qərarnı sədr Elman Rüstəmov imzalayıb.

Məlumatda qeyd edilir ki, təlimatda iki əsas dəyişiklik olub. Dəyişikliklər təlimatın 1.3.1.4-cü yarımbəndində və 2.8.2-ci bəndində baş verib. Hər iki maddədə “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” AMB-nin İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et