Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib. Bununla bağlı Təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu təyinata qədər Eldar Orucov Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tuturdu.
Eldar Orucov 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bitirib.
Qeyd edək ki, Eldar Orucov 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!