Azərbaycan ötən il avtomobil benzininin idxalını kəskin artırıb | Banco.az

Azərbaycan ötən il avtomobil benzininin idxalını kəskin artırıb

Ötən il Azərbaycan xaricdən 328 049,47 min ABŞ dolları dəyərində 299 952,06 ton avtomobil benzini idxal edib.

2021-ci ilin göstəricisi ilə müqayisədə benzin idxalı dəyər ifadəsində 2,8 dəfə, həcm ifadəsində isə 93,4% artıb.

    Məlumata görə, ölkəyə idxal edilən yanacağın böyük hissəsi “Aİ-92” markalı benzinin payına düşüb. Belə ki, hesabat dövründə Azərbaycana 223 456,8 min dollar dəyərində 198 790,13 ton “Aİ-92” markalı benzin idxal edilib, bu da illik müqayisədə müvafiq olaraq 93,6 dəfə və 39,8 dəfə çoxdur.

    Bunda başqa ötən il Azərbaycan xaricdən 102 540,18 min dollar (7,7% azalma) dəyərində 99 490,98 ton (32,5% azalma) "Aİ-95" ("Premium") markalı və 2 052,49 min dollar (14,3% azalma) dəyərində 1 670,95 ton (37,7% azalma) "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.

    Qeyd edək ki, ötən ilin aprel-may aylarında NEZ-in fəaliyyəti planlaşdırılmış profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı. Bu da emal həcmlərinə öz təsirini göstərib və “Aİ-92” markalı benzin ölkədə istehsal olunduğundan (“Aİ-95” və “Aİ-98” markalı benzinlər hazırda ölkədə istehsal olunmur) bu növ neft məhsulunun idxalının kəskin artımına səbəb olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et