Azərbaycan ötən il alma ixracını artırıb - STATİSTİKA | Banco.az

Azərbaycan ötən il alma ixracını artırıb - STATİSTİKA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az 

Azərbaycan 2023-cü ildə 52 milyon 8,7 min dəyərində 91,229 min ton təzə alma ixrac edib. İxracın əsas həcmi Rusiyanın payına düşüb.

2023-cü il ərzində RF-yə 51 milyon 752,8 min dəyərində (artım 31%) 79,548 min ton təzə alma (artım 3,2%) ixrac edilib.

Ümumiyyətlə, 2023-cü ildə Azərbaycandan alma ixracının 87,2%-i Rusiyaya edilib.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bildirir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 34 milyon 439 min dollar dəyərində 54 188 ton alma ixrac olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bu 2022-ci ildə 52 milyon 8,7 min dəyərində 82,291 min ton olub. 2023-cü ilin statistik məlumatlarının 2022-ci illə müqayisədə ixrac miqdar ifadəsində 10,9%, mənfəət 10% artıb.

2022-ci ilin 9 ayında Azərbaycandan 25 milyon 884 min dollar dəyərində 39 801 ton alma ixrac olub. Beləliklə, alma ixracı dəyər ifadəsilə 33%, miqdar ifadəsilə 36% artıb. Bir ton almanın orta ixrac qiyməti illik müqayisədə 650 dollardan 636 dollara düşüb. 2022-ci ilin 2021-ci illə müqayisədə alma ixracı miqdar ifadəsində 23,1%, dəyər ifadəsində 39,2% artıb.

İxracın əsas həcmi yenə də Rusiyanın payına düşüb. Xüsusilə, 2022-ci il ərzində RF-yə 50 milyon 180,3 min dəyərində (artım 38,9%) 77,115 min ton təzə alma (artım 22,6%) ixrac edilib.