Azərbaycan OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılmasını dəstəkləyir | Banco.az

Azərbaycan OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılmasını dəstəkləyir

Azərbaycan 2018-ci ildən sonra OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılmasını dəstəkləyir. Bu barədə jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

"Düşünürəm ki, elə bu istiqamətdə də işləmək lazımdır", - deyə o, müvafiq suala cavabında bildirib.

Son məlumatlara görə, bu ilin oktyabr ayında Azərbaycanda gündəlik 783 min barel neft hasil edilib. Bütövlükdə, oktyabrda Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan gündəlik neft hasilatının 35 min barel azaldılaraq 834 min bareldən çox olmayan səviyyədə saxlanılması ilə bağlı öhdəlik götürüb. 2017-ci ildə respublika üzrə orta sutkalıq neft hasilatı 781,9 min barel təşkil edib.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et