Azərbaycan Mərkəzi Bankının avtomobilləri 3-cü dəfə təkrar satışa çıxarılır – Hərrac | Banco.az

Azərbaycan Mərkəzi Bankının avtomobilləri 3-cü dəfə təkrar satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 fevral 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Azərbaycan Mərkəzi Bankının balansında olan 21 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Nəqliyyat vasitələrinin markaları "Mercedes", "BMW", "Lexsus", "GMC Yukon Denali", "Audi", "Honda", "Toyota", "Hyundai", "Vaz 21213" və "Mitsubishi"dir.

Qeyd edək ki, avtomobillər 3-cü dəfə 15% endirimlə təkrar hərraca çıxarılır. Avtomobillərin start qiyməti 3 230 manatdır.

Modellər və avtomobillər haqqında daha ətraflı məlumat:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram