Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir | Banco.az

Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir

Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 10-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 19-na qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər qurumun Hüquq departamentinin əməkdaşları Elvin Şirdanov (e-poçt: [email protected], Tel: (012) 493 11 22 (daxili 428)) və İnsan resursları departamentinin əməkdaşı Aynurə Salihovadır (e-poçt: [email protected], tel: (012) 493 11 22 (daxili 225)).

Ən sərfəli kredit üçün müraciət et

Təkliflərə oktyabrın 20-də, saat 16:00-da qeyd olunan ünvanda keçiriləcək.