Azərbaycan Mərkəzi Bankı FED-in faiz qərarlarının təsirini şərh edib | Banco.az

Azərbaycan Mərkəzi Bankı FED-in faiz qərarlarının təsirini şərh edib

"ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları vacidir, Azərbaycan üçün idxal inflyasiyasının məhdudlaşması baxımından önəm daşıyır".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.

"Bu faiz qərarları əlbəttə ki, bizim iqtisadiyyatımız üçün hər-hansı bir valyuta axınına səbəb olmayacaq. Əksinə, bu ilin 6 ayında ticarət balansında 12 milyard ABŞ dollarını üstələyən profisit görürük. Hətta biz I rübün rəqəmlərinə nəzər yetirsək, görərik ki, Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) əhəmiyyətli profisit var idi. Azərbaycan çox azsaylı ölkələrdəndir ki, onun CƏB-nin profsiti ÜDM-nin 20%-ni üstələyir", - o qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et