Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb | Banco.az

Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21 milyon 117,28 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

 Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 851,17 min ABŞ dolları və ya 9,6 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,51 %-ni təşkil edib.

Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.

report